Xüsusi təyinatlılar iki su şırnağı maşını ilə Çiçinadze küçəsindən Rustaveli prospektinə doğru hərəkət edir
Xüsusi təyinatlılar iki su şırnağı maşını ilə Çiçinadze küçəsindən Rustaveli prospektinə doğru hərəkət edir - hazırda Parlamentin bütün girişləri təmizlənib, mitinq iştirakçıları isə məhz Rustavelidə dayanıblar.

Hazırda aksiya iştirakçıları məhz Rustaveli prospektinə toplaşıblar. Çünki xüsusi təyinatlılar onları Parlamentin digər girişlərindən artıq çıxarıblar.

Həmçinin, 9 aprel küçəsində "Robokoplar" yerləşdirilib. Aksiya iştirakçıları buna görə həmin küçəni də tərk etməli olublar və Rustaveli küçəsinə keçid alıblar.

Ona qədər isə aksiya iştirakçıları parlamentin arxa girişində yerləşdirilmiş dəmir bəndi söküblər. Eləcə də binanın şüşələrini sındırıblar.

Print Email
FaceBook Twitter Google