Ukrayna XİN Gürcüstandakı vəziyyətə münasibət bildirib
Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstandakı vəziyyətə münasibət bildirib.

Bu barədə Ukrayna XİN bəyanat yayıb.

Qeyd edilib ki, Ukrayna XİN Tbilisidəki vəziyyəti diqqətlə izləyir:

“Avropa İttifaqına üzv olmağa can atan bir dövlət kimi Gürcüstan öz vətəndaşlarının əsas hüquq və azadlıqlarına, o cümlədən dinc etiraz hüquqlarına təminat verməlidir.

Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaş cəmiyyətinin fəaliyyətinə xələl gətirən “xarici agentlər” haqqında qanuna veto qoyacaq. Biz Aİ-nin mövqeyini bölüşürük ki, qanun layihəsi hazırkı variantda Avropa dəyərlərinə və standartlarına uyğun deyil.

Biz gürcü xalqının Gürcüstanın Avropa gələcəyinin qurulmasını davam etdirmək istəyi ilə həmrəy olduğumuzu bildiririk".


Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google