Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstandakı vəziyyətə münasibət
bildirib.
Bu barədə Ukrayna XİN bəyanat yayıb.
Qeyd edilib ki, Ukrayna XİN Tbilisidəki vəziyyəti diqqətlə
izləyir:
“Avropa İttifaqına üzv olmağa can atan bir dövlət kimi
Gürcüstan öz vətəndaşlarının əsas hüquq və azadlıqlarına, o
cümlədən dinc etiraz hüquqlarına təminat verməlidir.
Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaş cəmiyyətinin
fəaliyyətinə xələl gətirən “xarici agentlər” haqqında qanuna veto
qoyacaq. Biz Aİ-nin mövqeyini bölüşürük ki, qanun layihəsi hazırkı
variantda Avropa dəyərlərinə və standartlarına uyğun deyil.
Biz gürcü xalqının Gürcüstanın Avropa gələcəyinin qurulmasını davam
etdirmək istəyi ilə həmrəy olduğumuzu
bildiririk".