Xüsusi təyinatlılar Rustavelini də mitinq iştirakçılarından
təmizləyib.
Xüsusi təyinatlılar paytaxtın əsas prospektinə bir neçə dəqiqə
əvvəl gəliblər.
Aksiya iştirakçılarına qarşı su şırnağı, gözyaşardıcı qaz və bibər
spreyindən istifadə olunub.
Hazırda qanunvericilik orqanının mərkəzi, yan və arxa girişləri
iştirakçılardan təmizlənib.
Xüsusi təyinatlılar Rustaveli prospekti və Parlament ərazisində
qalırlar.