Şalva Papuaşvili – Parlament qarşısına toplaşmış vətəndaşlara müraciət edirəm, dinc toplantı çərçivəsində qalsınlar – təəssüf, radikal müxalifət vəziyyəti gərginləşdirməyə çalışır
“Parlament qarşısına toplaşmış vətəndaşlara müraciət edirəm, dinc toplantı çərçivəsində qalsınlar. Biz görürük ki, radikal müxalifət bəyanatları və planları ilə vəziyyəti ağırlaşdırmağa, vətəndaşları qanunu pozmağa doğru aparır, canlı yayımda bunu görürük”, – Parlamentin sədri Şalva Papuaşvili bu barədə bildirib.

Şalva Papuaşvili qeyd edib ki, bütün fikirlər qanun çərçivəsində deyilməlidir.

“Əminəm ki, bizim vətəndaşlar, radikallardan fərqli olaraq, məhz bu məsələ ilə tanış olacaqlar və elə yanaşacaqlar. Biz müstəqilliyin bərpasından emosiyalarla idarə olunan ölkə görmüş nəsilik və həmin emosiyalar aysberqlərlə dolu geosiyasi regionda bütün buzlara toxunmağımıza səbəb olub”,
– Papuaşvili “İmedi Live” verilişində bildirib.


Print Email
FaceBook Twitter Google