Mixeil Saakaşviliyə siyasi məhbus münasibəti göstərilməsi Avropa
Parlamentində mövcud olan korrupsiya problemlərini göstərir.
Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli
Kobaxidze keçirdiyi brifinqdə deyib. O, sabiq Prezident Mixeil
Saakaşvilinin siyasi məhbus olmadığını, cinayətkar olduğunu
vurğulayıb.
“Bizim üçün bu əlbəttə ki, son dərəcə qəbuledilməzdir,
Mixeil Saakaşvili ən ciddi cinayətlərə görə həbs edilmiş
cinayətkardır”, - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, bu gün Avropa Parlamentində “Öldürülməsi əmr edilmiş
siyaasi məhbuslar: Vladimir Kara-Murza, Mixeil Saakaşvili, Aleksey
Qorinov” adlı debat keçiriləck.