Gürcüstanın Avropa İttifaqına üzvlüyü ölkənin şərəfi və
müstəqilliyi bahasına başa gəlməməlidir.
Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli
Kobaxidze keçirdiyi brifinqdə deyib.
“Bu yalnız şərəf və müstəqilliyin qorunması ilə
mümkündür”, - deyə Kobaxidze əlavə edib.
Partiya sədri qeyd edib ki, “xaric agentlər haqqında” qanun qüvvəyə
minməsə belə böyük nəticələr gətirib.
“Hər şeydən əvvəl hamı anladı ki, agent olmaq utancvericidir, kimin
agenti olmağından asılı olmayaraq – Şimal, Qərb, Cənub ya da Şərq.
Cəmiyyət indi xarici təsir agentlərini xalqın təsir agentlərindən
daha yaxşı ayırd edə bilir”, -deyə Kobaxidze bildirib.