Tbilisidə yenidən etiraz aksiyaları başlayıb
Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb.

Aksiyalar televiziya kanalları ilə yayımlanmır.

Məlumata görə, etirazçılar parlament binası önünə toplaşıblar.

Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar “Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər.

Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma baş verib. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb, həmçinin barrikadalar qurub.

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi Rusiya qanununun analoqu adlanır. Onun qəbulunu hakim “Gürcü arzusu” partiyası dəstəkləyir.

Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər