Kobaxidze: 2003-cü il inqilabı demokratik uğursuzluq gətirdi
Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bu gün partiyanın ofisində keçirdiyi brifinqdə Rusiya qanun layihəsi və 7-9 mart aksiyaları ilə bağlı növbəti dəfə dezinformasiya və təbliğat xarakterli mesajlar səsləndirib.

O, 2003-cü ildə baş vermiş qızılgül inqilabından da eyni sözlə danışıb və o zaman ölkənin demokratik reqressiya yoluna getdiyini söyləyib.

“Xatırlatmaq istərdim ki, 2003-cü ildə ENGEO-lar vasitəsilə ölkəmizdə inqilab baş verdi ki, bu da Gürcüstanda demokratik geriləmə, avtoritarizm, insanlara işgəncə, biznes reketləri, medianın oğurlanması və ölkə ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Biz qətiyyətlə bildiririk ki, Milli Hərəkatın xarici təsir agentlərinin əli ilə hakimiyyətə qayıtmasına heç vaxt imkan verməyəcəyik”,
- Kobaxidze bildirib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google