Rusiyanın “Dojd” telekanalının müxbiri Gürcüstana buraxılmayıb
Rusiyanın “Dojd” telekanalının müxbiri Gürcüstana buraxılmayıb.

Bu barədə telekanalın rəhbəri Yekaterina Kotrikadze Teleqram paylaşımında bildirib. O, telekanalın jurnalisti Aleksandra Şvedçenkonun Gürcüstana buraxılmadığını və bununla bağlı ona heç bir izahat verilmədiyini bildirib.

Yekaterina Kotrikadze qeyd edib ki, Aleksandra Şvedçenko təyyarə ilə gəldiyi istiqamətdə geri göndərilir.

Yerli KİV-in məlumatına görə fevralın 20-də “Dojd” telekanalının baş redaktoru Filip Dzyadkonun da Gürcüstanın dövlət sərhədini keçməsinə icazə verilməyib.


Print Email
FaceBook Twitter Google