Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstanın üçüncü
prezidenti Mixeil Saakaşvili özünə zərər vermə rejiminə keçib və
qəsdən kalorili məzmunlu yeməklər qəbul etmir.
O, “Vivamed” klinikasının bəyanatını dəyərləndirib və qeyd edib ki,
Mixeil Saakaşvili Gürcüstan hökumətini ləkələmək üçün hər şeyi
edir.
“Yeni heç nə baş vermir, bu adam özünə zərər vermə
rejimində olmağa davam edir, ictimaiyyətə, eləcə də beynəlxalq
dostlarımıza vəziyyətinin pis olduğunu göstərmək üçün əlindən
gələni edir. Əslində fakt budur ki, insan yemək yemir, uyğun kalori
almır, çox sadədir. Ola bilər ki, “Vivamed”də hazırlanan yeməkləri
almasın, amma ailə üzvləri də lazımi kalori gətirmirlər, bu, xüsusi
məqsədli kampaniyadır, bu adam hər şeyi edir ki, Gürcüstan
hökumətini, bütövlükdə ölkəni ləkələyir və özünə zərər verməkdə
davam edir”, - Kaladze bildirib.
Onun izahatına görə, Mixeil Saakaşvilinin “Vivamed” klinikasında
qalması və ya başqa yerə köçürülməsi ilə bağlı müvafiq qurum qərar
verəcək.
“Bir şey aydındır ki, bu şəxs ailə üzvləri ilə birlikdə
özünə zərər vurma rejimindədir, bu, çox kədərli və
pisdir”, - Kaladze bildirib.
Məlumat üçün bildirək ki, “Vivamed” klinikası Gürcüstanın sabiq
prezidenti Mixeil Saakaşvilinin “Vivamed”də bundan sonra qalmasının
məqsədəuyğunluğunu qiymətləndirmək üçün cəzaçəkmə müəssisəsinin
tibb xidmətinə müraciət etməyə “məcbur olduğunu” bildirir.
Klinikanın rəhbərliyi açıqlamasında bu qərarın səbəblərini izah
edir və bildirir ki, Mixeil Saakaşvili son bir ay ərzində yalnız
simptomatik müalicə alır, tibb işçilərinə etimadsızlıq edir və
təklif olunan müalicə sxemindən imtina edir, nəticədə tibbi mərkəz
haqsız olaraq “reputasiyasına böyük zərbə” alır və “tibb işçiləri
heç kimə zorla müalicə edə bilməz”.
"Vivamed"ə görə, xəstənin razı olduğu simptomatik müalicə istənilən
başqa müəssisədə mümkündür.