Kaxa Kaladze - Saakaşvili özünə ziyan vurmaqda davam edir - o, Gürcüstan hökumətini, bütövlükdə ölkəni ləkələmək üçün hər şeyi edir
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili özünə zərər vermə rejiminə keçib və qəsdən kalorili məzmunlu yeməklər qəbul etmir. O, “Vivamed” klinikasının bəyanatını dəyərləndirib və qeyd edib ki, Mixeil Saakaşvili Gürcüstan hökumətini ləkələmək üçün hər şeyi edir.

“Yeni heç nə baş vermir, bu adam özünə zərər vermə rejimində olmağa davam edir, ictimaiyyətə, eləcə də beynəlxalq dostlarımıza vəziyyətinin pis olduğunu göstərmək üçün əlindən gələni edir. Əslində fakt budur ki, insan yemək yemir, uyğun kalori almır, çox sadədir. Ola bilər ki, “Vivamed”də hazırlanan yeməkləri almasın, amma ailə üzvləri də lazımi kalori gətirmirlər, bu, xüsusi məqsədli kampaniyadır, bu adam hər şeyi edir ki, Gürcüstan hökumətini, bütövlükdə ölkəni ləkələyir və özünə zərər verməkdə davam edir”, - Kaladze bildirib.

Onun izahatına görə, Mixeil Saakaşvilinin “Vivamed” klinikasında qalması və ya başqa yerə köçürülməsi ilə bağlı müvafiq qurum qərar verəcək.

“Bir şey aydındır ki, bu şəxs ailə üzvləri ilə birlikdə özünə zərər vurma rejimindədir, bu, çox kədərli və pisdir”, - Kaladze bildirib.

Məlumat üçün bildirək ki, “Vivamed” klinikası Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin “Vivamed”də bundan sonra qalmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün cəzaçəkmə müəssisəsinin tibb xidmətinə müraciət etməyə “məcbur olduğunu” bildirir.

Klinikanın rəhbərliyi açıqlamasında bu qərarın səbəblərini izah edir və bildirir ki, Mixeil Saakaşvili son bir ay ərzində yalnız simptomatik müalicə alır, tibb işçilərinə etimadsızlıq edir və təklif olunan müalicə sxemindən imtina edir, nəticədə tibbi mərkəz haqsız olaraq “reputasiyasına böyük zərbə” alır və “tibb işçiləri heç kimə zorla müalicə edə bilməz”.

"Vivamed"ə görə, xəstənin razı olduğu simptomatik müalicə istənilən başqa müəssisədə mümkündür.
Print