“İmedi” Tv-nin xəbər relizi “Xronika”nın verdiyi məlumata görə,
parlament çoxluğunun üzvləri Vladimir Çaçibaia
və Nino İobaşvili baş nazirin müşaviri, Qiorqi Xelaşvili isə
parlament sədrinin müşaviri vəzifəsində fəaliyyətini davam
etdirəcəklər.
Hökumət və parlament administrasiyası bu məlumatı hələ Netgazet-ə
təsdiq etməyib.
Artıq bir neçə gündür ki, sözügedən deputatların parlament
çoxluğunu tərk etməsi ilə bağlı məlumatlar mətbuatda yayılır. Lakin
“Gürcü arzusu”nun liderləri getmələri ilə bağlı məlumatı
təsdiqləməyib və hər hansı dəyişiklik olarsa, bunun “komanda
daxilində” baş verəcəyini bildiriblər.
Çaçibaia, Xelaşvili və İobaşvili Rusiya qanun layihəsini
dəstəkləməyən deputatlardır.