İmedi TV: parlament çoxluğunda dəyişikliklər var
“İmedi” Tv-nin xəbər relizi “Xronika”nın verdiyi məlumata görə, parlament çoxluğunun üzvləri Vladimir Çaçibaia və Nino İobaşvili baş nazirin müşaviri, Qiorqi Xelaşvili isə parlament sədrinin müşaviri vəzifəsində fəaliyyətini davam etdirəcəklər.

Hökumət və parlament administrasiyası bu məlumatı hələ Netgazet-ə təsdiq etməyib.

Artıq bir neçə gündür ki, sözügedən deputatların parlament çoxluğunu tərk etməsi ilə bağlı məlumatlar mətbuatda yayılır. Lakin “Gürcü arzusu”nun liderləri getmələri ilə bağlı məlumatı təsdiqləməyib və hər hansı dəyişiklik olarsa, bunun “komanda daxilində” baş verəcəyini bildiriblər.

Çaçibaia, Xelaşvili və İobaşvili Rusiya qanun layihəsini dəstəkləməyən deputatlardır.

Mənbə: Netgazeti
Print