Beynəlxalq Amnesty İnternational təşkilatı digər ölkələrlə yanaşı,
2022-ci ildə Gürcüstanda insan haqlarının vəziyyətini
qiymətləndirən yeni hesabat dərc edib.
Amnesty International-a görə:
- Gürcüstanda ifadə hüququ daha da
məhdudlaşdırıldı.
- Seçici ədalət və hakimiyyət əleyhdarlarına qarşı siyasi
motivli təqiblər davam etdi.
- Yeni qanunlar hökumətin nəzarət səlahiyyətlərini
artırdı və məhkəmə sisteminin və rəsmi nəzarətçilərin
müstəqilliyini daha da zəiflətdi.
- Qadınlar və qızlar ayrı-seçkilik və yüksək səviyyədə
zorakılıqla üzləşməyə davam etdilər,
- Hökumətin nəzarətində olan və separatçı bölgələrdə
işgəncə və digər pis rəftar hallarının effektiv şəkildə
araşdırılmaması narahatlıq doğurur.
Hesabatın ifadə azadlığından bəhs edən bölməsində qeyd olunur ki,
hökumət rəsmilərinin tənqidi jurnalistlərə qarşı getdikcə daha
aqressiv ritorikası və diffamasiya şikayətləri ifadə azadlığına,
eləcə də onlara qarşı törədilmiş cinayətlərin səmərəsiz
araşdırılmasına təsir edib.
İfadə azadlığına dair fəsildə operator Lekso Laşkaravanın ölümü ilə
nəticələnən 5 iyul 2021-ci il zorakılıq hadisələrindən bəhs edilir.
Məlumatda bildirilir ki, zorakılığın təşkilatçıları
cəzalandırılmayıb.
Həmin fəsildə Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso
Qoqaşvilinin azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması
ilə bağlı bəyanatından bəhs edilir və o, jurnalistin oğurlanaraq
Azərbaycana təhvil verilməsinin Təhlükəsizlik Xidmətinin iştirakı
ilə baş verdiyini deyir. Təşkilat qeyd edir ki, Muxtarlının
oğurlanması faktı effektiv şəkildə araşdırılmayıb.
Hesabatda qeyd edilir ki, hökumətin məhkəmə sisteminə təsirinin
artması, seçmə ədalət mühakiməsi, siyasi rəqiblərə və tənqidi
mediaya qarşı siyasi motivli təqiblər narahatlıq doğurur.
Bu kontekstdə “Lelo”nun liderləri Mamuka Xazaradze və Badri
Caparidzenin, “TV Pirvelinin” təsisçisi Avtandil Tseretelinin işi
xatırlanır və onların siyasi motivli ittihamlar irəli sürdüyü
bildirilir.
Nika Qvaramianın həbsi də Amnesty İnternational-ın hesabatında yer
alıb.
Hesabatda Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin
cəzasının təxirə salınması ilə bağlı məhkəmə proseslərindən də bəhs
edilir və qeyd edilir ki, “mümkün “ağır metal zəhərlənməsi” və
“ölüm riskinin əhəmiyyətli dərəcədə artdığını göstərən tibbi
rəylərə baxmayaraq”, Tbilisi məhkəməsi hökmü təxirə salmayıb.
Amnesty İnternational-ın hesabatında dövlət müfəttişliyi xidmətinin
ləğvi və onun ləğvindən sonra vətəndaş cəmiyyətindən gələn
tənqidlər yer alıb.
Hesabatda həmçinin de-fakto Abxaziya və Cənubi Osetiyada insan
haqları məsələləri nəzərdən keçirilir. Hesabatda Gürcüstan
hökumətinin nəzarətində olmayan ərazilərdə insan haqlarının, o
cümlədən ifadə azadlığının vəziyyətinin pisləşdiyi bildirilir.
Keçmişdə törədilən cinayətlərin isə cəzasız qaldığı göstərilir.