Kobaxidze: Gürcüstan bu gün ciddi çağırışlarla üz-üzədir
Bu gün müharibələrin uzanmasında və yeni münaqişə ocaqlarının yaranmasında maraqlı olan müəyyən qlobal qüvvələr var. Onlar Gürcüstanın da münaqişələrə cəlb olunmasına çalışırlar. Bu gün ölkəmiz konkret risklərlə üz-üzədir.

Bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin müharibəyə cəlb olunması ilə bağlı bəzi qüvvələrin səylərinə qarşı mübarizəsinə dair
mətbuata açıqlamalarını xatırladan Kobaxidze deyib: “Bizim hakim komandanın da məqsədi Gürcüstanda sülhü qorumaqdır. Ölkəmizin qarşısında duran vəzifələrdən danışarkən deməliyəm ki, bu çağırışlar, təəssüf ki, bu gün də aktualdır. Biz sülhü qorumaq üçün hər şeyi etməliyik və cəmiyyət bunun üçün mümkün qədər səfərbər edilməlidir. Ona görə ki, sülhün qorunması yolunda bizi gücləndirən əsas amil ictimai dəstəkdir və bu, çox vacibdir”.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google