Xalq Müdafiəçisi parlamentdə jurnalistlərin akkreditasiyası ilə bağlı yeni proseduru tənqid edib
Xalq Müdafiəçisi Levan İoseliani parlamentdə jurnalistlərin akkreditasiyasının verilməsi və dayandırılması ilə bağlı yeni qaydanı tənqid edib və parlament sədrini orada dəyişikliklər etməyə çağırıb. Bu barədə bu gün, aprelin 7-də Xalq Müdafiəçiliyi məlumat yayıb.

İoselianinin sözlərinə görə, media nümayəndələrinin akkreditasiyasının dayandırılması ilə bağlı mövcud qayda ölkədə qütbləşmənin azalmasının qarşısını alır:

“İctimai müdafiəçi hesab edir ki, bu təcrübənin əsasını təşkil edən parlament sədrinin 6 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Gürcüstan Parlamentində Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin akkreditasiyası Qaydası” problemlidir. Bundan başqa, sözügedən qaydada qərardan şikayət verilməsi məsələsi, jurnalistlərin akkreditasiyasının dayandırılması barədə qərarda isə ondan şikayət verilməsinin müddəti və qaydası göstərilməyib ki, bu da qanunvericiliyin zəruri tələbidir.

Əlamətdar haldır ki, media nümayəndələrinə qarşı oxşar münasibət və qərarlar ölkədə qütbləşmənin azalmasına mane olur.

Qeyd olunanları nəzərə alaraq, İctimai Müdafiəçi Gürcüstan parlamentinin sədrini mübahisəli qaydada elə dəyişikliklər etməyə çağırır ki, tənzimləmə media nümayəndəsinin fəaliyyətinə əsassız müdaxilə yaratmasın. Jurnalistlərə qarşı görülən istənilən hüquqi tədbirlər bərabərlik prinsipinə əsaslanmalıdır”,
- deyə Xalq Müdafiəçisi yazıb.

Ombudsmanın sözlərinə görə, aparat artıq parlamentdə jurnalistlərin akkreditasiyası ilə bağlı faktları öyrənir.

Parlamentin spikeri Şalva Papuaşvilinin təşəbbüsü ilə qəbul edilmiş medianın məhdudlaşdırılması haqqında sərəncam martın 1-dən qüvvəyə minib. Bu sərəncama əsasən, nəşrin qanunvericilik orqanında cəmi üç jurnalisti ola bilər və onların akkreditasiyası dayandırılacağı təqdirdə onları əvəz etmək mümkün olmayacaq.

Aprelin 6-da parlament 3 jurnalistin və 2 tənqidçi media operatorunun akkreditasiyasını dayandırıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google