Parlament binası qarşısında mitinq keçirəcək
Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyası bu gün parlament binası qarşısında mitinq keçirəcək.

Təşkilatçılar saat 17:00-da başlayacaq mitinqin məqsədinin ölkənin Avropa yolunu dəstəkləmək olduğunu bəyan ediblər.

"Gürcüstanın tarixi seçimi reallığa çevrilməlidir- müstəqil Gürcüstan Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmalıdır", - deyə partiyanın bəyanatında bildirilib.

Bəyanatda hakim Gürcü Arzusu partiyası Gürcüstanı məqsədyönlü şəkildə Avropadan uzaqlaşdırmaqda və Gürcüstanı Avropaya yaxınlaşdıracaq siyasi iradəsi olmadığı üçün qəsdən Aİ Şurasının 12 tövsiyəsini yerinə yetirməməkdə ittiham edilib.

Aksiyada "Rusiyaya yox", "Rusiya hökumətinə yox", "ölkənin ruslaşdırılmasına yox" şüarlarının səsləndiriləcəyi qeyd olunub.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google