Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyası bu gün
parlament binası qarşısında mitinq keçirəcək.
Təşkilatçılar saat 17:00-da başlayacaq mitinqin məqsədinin ölkənin
Avropa yolunu dəstəkləmək olduğunu bəyan ediblər.
"Gürcüstanın tarixi seçimi reallığa çevrilməlidir-
müstəqil Gürcüstan Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü
olmalıdır", - deyə partiyanın bəyanatında
bildirilib.
Bəyanatda hakim Gürcü Arzusu partiyası Gürcüstanı məqsədyönlü
şəkildə Avropadan uzaqlaşdırmaqda və Gürcüstanı Avropaya
yaxınlaşdıracaq siyasi iradəsi olmadığı üçün qəsdən Aİ Şurasının 12
tövsiyəsini yerinə yetirməməkdə ittiham edilib.
Aksiyada
"Rusiyaya yox", "Rusiya hökumətinə yox", "ölkənin
ruslaşdırılmasına yox" şüarlarının səsləndiriləcəyi qeyd
olunub.