ATƏT-in sədri Gürcüstana rəsmi səfər edəcək
Aprelin 10-11-də Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ATƏT-in sədri kimi Gürcüstana rəsmi səfər edəcək.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Buyar Osmanini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili qəbul edəcək.

Səfər çərçivəsində o, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, ölkə Prezidenti Salome Zurabişvili, parlamentin sədri Şalva Papuaşvili, eləcə də barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani ilə görüşəcək.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google