ATƏT sədrinin Gürcüstana səfəri başlayıb
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Gürcüstana səfəri başlayıb.

O, bu barədə tviterdə yazıb.

“Cənubi Qafqaza səfərimə Tbilisidən başlayıram. Müzakirələri səbirsizliklə gözləyirəm”, - deyə B.Osmani qeyd edib.

O bildirib ki, prioritet milli hakimiyyət orqanları və vətəndaş cəmiyyətləri ilə işdir: “ATƏT 2008-ci ildə baş vermiş münaqişənin nəticələrinin həllində yaxından işləməyə davam edəcək”.

Qeyd edək ki, B.Osmani növbəti günlərdə Azərbaycan və Ermənistana da səfər edəcək.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google