Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin
impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb.
Məlumatı Konstitusiya Məhkəməsi yayıb.
Bildirilib ki, iş baxılması üçüm məhkəmənin Plenumuna təqdim
edilib.
Qeyd olunub ki, işə 1 ay ərzində baxıldıqdan sonra məhkəmə rəyini
parlamentə təqdim edəcək. Konstitusiya Məhkəməsinin rəyi müsbət
olarsa, məsələ parlamentdə səsə qoyulacaq.
Qeyd edək ki, Gürcüstanda Prezidentin impiçmenti üçün
parlamentin
150 deputatından minimum 100-nün dəstəyinə ehtiyac var. Hakim
partiya isə parlamentdə cəmi 84 deputatla təmsil olunur. Müxalif
partiyalar artıq impiçmentin əleyhinə olduqlarını bəyan
ediblər.