Gürcüstan Milli Bankı ölkənin sabiq Baş prokuroru Otar
Partsxaladzenin bank hesablarını dondurub, pul transferi
imkanlarını məhdudlaşdırıb.
Barədə ölkənin Milli Bankından yerli mediaya bildirilib. Qurum bunu
Otar Partsxaladzenin ABŞ tərəfindən Rusiyanın Ukraynadakı
müharibəsi ilə əlaqədar sanksiya tətbiq edilən şəxslər siyahısına
əlavə edilməsi ilə əlaqələndirib.
Qeyd edək ki, ABŞ Dövlət Departmenti Otar Partsxaladzenin Rusiyanın
Federal Təhlükəsizlik Xidməti əməkdaşının yardımı ilə Rusiya
pasportu və vətəndaşlığı əldə etdiyini, tez-tez Rusiyaya səfər
etdiyini, gürcü cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir
etdiyini bəyan edib.
Mənbə: apa.az