Nika Melia yeni partiyasının seçki nömrəsini açıqlayıb
Müxalifətçi Nika Melia yeni partiyasının seçki nömrəsini açıqlayıb. Melia Facebook səhifəsində yazır ki, "birlikdə gələcəyə doğru böyük addım atacağıq və bu addımın öz simvolu olacaq - 4 nömrə".

"2024-cü il seçkiləri zamanı mütləq ölkənin və xalqın maraqlarına uyğun transformativ dəyişikliklər olacaq! Biz birlikdə gələcəyə doğru böyük addım atacağıq və bu addımın öz simvolu -
4 nömrə olacaq.

İnanıram ki, yaxın gələcəkdə dördlük gürcü siyasi məkanında uzun müddət möhkəmlənəcək mübarizə və qələbənin, uğur və tərəqqinin simvoluna çevriləcək”,
- Melia bildirib.
2021-ci il özünüidarə seçkilərində 4 nömrə "Xalq naminə dövlət" hərəkatına aid idi.


Dekabrın 7-də mətbuat konfransı keçirən Nika Melia “Mən gələcəyə doğru irəliləyirəm” deyib. Daha sonra o, “Milli Hərəkat”dan ayrılaraq yeni partiya yaratdığına aydınlıq gətirib.

“Milli Hərəkat”da mübahisə təxminən bir il əvvəl Levan Xabeişvili və onun tərəfdaşlarının partiya sədri seçkilərinin keçirilməsinin zəruri olduğunu açıq şəkildə elan etdikdən sonra başlayıb. O zaman sədr səlahiyyətlərini icra edən Nika Melia bu təkliflə razılaşmış və seçkilərdə məğlub olmuşdu.

Print Email
FaceBook Twitter Google