Leri Barnabişvili maliyyə nazirinin müavini təyin edilib
Baş nazir İrakli Kobaxidzenin sərəncamı ilə Leri Barnabişvili maliyyə nazirinin müavini təyin edilib.

Leri Barnabişvili indiyədək Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutub.

Hökumət administrasiyasından verilən məlumata görə, o, Maliyyə Nazirliyi sistemində, o cümlədən 2015-2020-ci illərdə maliyyə nazirinin müavini vəzifəsində çalışmaqla 20 illik
təcrübəyə malikdir.

İrakli Kobaxidze martın 5-də bildirib ki, hökumət administrasiyasında vakant olan vəzifələr, eləcə də səhiyyə naziri postu həftənin sonuna kimi doldurulacaq.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google