Gürcüstan hərbi münaqişəyə cəlb olunmaq və Rusiyaya qarşı “ikinci
cəbhə” açmaq riski ilə üz-üzədir.
Bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili
deyib.
“Payızda keçiriləcək parlament seçkiləri ölkəmiz üçün
çox önəmlidir. Biz sabitliyi, sülhü, iqtisadi inkişafı qoruyub
saxlamışıq”, - deyə partiya sədri vurğulayıb.
Eyni zamanda, Qaribaşvili qeyd edib ki, 2022 və 2023-cü illərdə
“ikinci cəbhə”nin açılması ilə ölkənin müharibəyə cəlb olunmasına
dair mövcud olan risklər hələ də aradan qalxmayıb.
Siyasətçinin sözlərinə görə, “Gürcü arzusu”nun qələbəsi gürcü xalqı
üçün sülh və sabitliyin qorunmasında yeganə alternativ həll
yoludur.