Saakaşvili: Rusiya rejimi Gürcüstan seçkiləri üçün kilsədə çevriliş hazırlayır
Mixeil Saakaşvili bildirir ki, “Rusiya rejimi” Gürcüstandakı seçkilərə müdaxilə etməyə hazırlaşır və kilsədə “çevriliş” hazırlayır. O, bu barədə bu gün keçirilən məhkəmə iclasında videoçəkiliş zamanı danışıb.

“Deməliyik ki, burada baş verənlər Rusiya rejiminin qisasıdır. Demək istəyirəm ki, Rusiya rejimi Gürcüstan seçkilərinə fəal şəkildə hazırlaşır. Bildiyim odur ki, onlar yaxın vaxtlarda Gürcüstan kilsəsində dövlət çevrilişi hazırlayırlar və nəhayət seçkilərə ideoloji cəhətdən hazır olmaq üçün kilsəmizi ələ keçirirlər, necə ki, bir sıra başqa təxribatlar da təşkil etməyi planlaşdırırlar", - Saakaşvili bildirib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google