Mixeil Sarcveladze Gürcüstanın səhiyyə naziri təyin olunub
Gürcüstanın baş naziri Mixeil Sarjveladzeni səhiyyə naziri təyin edib. İrakli Kobaxidze mətbuata keçirdiyi brifinqdə yeni naziri təqdim edib.

Mixeil Sarcveladze indiyədək Gürcüstan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri olub. O, illər ərzində ədliyyə nazirinin müavini olub, eyni zamanda Milli İcra Bürosuna rəhbərlik edib.

Mixeil Sarcveladze “Gürcü arzusu”nun hakimiyyətə gəlişindən sonra dördüncü səhiyyə naziridir. Onun sələfləri bunlar idi:
  • Zurab Azaraşvili 30 dekabr 2021-ci ildən 2024-cü il martın 1-dək işləyib;
  • Ekaterine Tikaradze 18 iyun 2019-cu ildən 9 dekabr 2021-ci ilə qədər bu vəzifədə olub;
  • Davit Sergeenko onların arasında ən uzun müddət - “Gürcü arzusu”nun hakimiyyətə gəldiyi vaxtdan 2019-cu il iyunun 18-dək nazir vəzifəsində çalışıb.
Qanunvericiliyə görə, onun nazir təyin olunduqdan sonra deputat mandatı dayandırılacaq.

Səhiyyə naziri vəzifəsi martın 1-dən vakant idi. Gürcüstanın baş naziri İrakli Kobaxidze Zurab Azaraşvilinin işdən çıxarılmasının səbəbinin rabitə problemləri olduğunu deyib və “Respublika xəstəxanası”nı xatırladıb.

Bir neçə gün sonra Zurab Azaraşvili “Facebook”da keçmiş baş nazir İrakli Qaribaşviliyə və işlədiyi komandaya təşəkkür edib.

Print Email
FaceBook Twitter Google