"Axali" - Melia və Qvaramia ümumi siyasi platforma təqdim ediblər
Nika Qvaramia və Nika Melia birləşib. Onlar ümumi siyasi platforma təqdim ediblər.

Siyasi birliyin adı “Axali”, seçki nömrəsi 4, rəngi isə yaşıl və narıncı olacaq.

Qvaramın fikrincə, yaşıl yenilik, yeni başlanğıc, narıncı isə enerji, tərəqqi və ümid deməkdir.

“Partiyamız yenidir, biz birlikdəyik, Gürcüstanda yeni üsullarla dəyişikliklər üçün mübarizə aparırıq. Biz dəyişəcəyik, mübarizəni bilirik, vətənə xidmətin dəyərini bilirik, çətinliklərə qalib gəlməyi və çağırışlara necə cavab verməyi bilirik. Biz həm də uğurlu addımlarla və Avropaya inteqrasiya ilə necə idarə edəcəyimizi bilirik”, - Nika Qvaramia bildirib.

Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Nika Melia bildirib ki, bu birliklə bağlı danışıqlar 3 ay davam edib və nəhayət, birləşmə qərarı “on minlərlə seçicinin marağı ilə qəbul edilib”.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google