Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı
fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
Bu barədə səfirliyin məlumatında bildirilib.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və
yaxın dostluq münasibətləri, həmçinin müxtəlif sahələrdə
əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi
vurğulanıb.
"Ölkələr arasında iqtisadi, nəqliyyat və enerji
tərəfdaşlığının inkişaf perspektivlərinə də diqqət yetirilib. Eləcə
də mühüm strateji layihələr müzakirə olunub. Söhbət zamanı regional
vəziyyətə toxunulub, sülh və sabitliyin vacibliyi
vurğulanıb", - deyə səfirliyin məlumatında
bildirilib.