Qivi Mikanadzenin rəhbərliyi ilə Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycanda görüşlər keçirir
Gürcüstan parlamentinin nümayəndə heyəti Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Qivi Mikanadzenin rəhbərliyi ilə Azərbaycanda görüşlər keçirir.

Rəsmi səfər çərçivəsində parlamentin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin üzvləri Azərbaycan Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev və komitə üzvləri ilə görüş keçiriblər.

Görüşdə tərəflər müxtəlif istiqamətlərdə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Qivi Mikanadze iki ölkənin parlamentləri və sahə komitələri arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirib.

Görüşün sonunda tərəflər aktiv ünsiyyət və əməkdaşlıq haqqında razılığa gəliblər.

Gürcüstan parlamentinin nümayəndə heyətinə Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Qivi Mikanadze və komitənin üzvləri Qiorqi Sosiaşvili və Rostom Çxeidze daxildir.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google