Gürcüstanda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan”
partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanun
layihəsini parlamentə təqdim etməyə hazırlaşır.
Bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze
Pirveli telekanalına müsahibəsində bildirib.
Siyasətçi LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən
dəstəkləndiyini vurğulayıb:
“Biz BMT-nin İnkişaf Proqramını və digər donor
təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini
və dost və tərəfdaş ölkələrin vergi ödəyicilərindən gələn
vəsaitlərin hara getdiyini aydınlaşdırmağa çağırırıq. Qeyri-ənənəvi
cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial
təhlükəli LGBT təbliğatından fərqləndirmək
lazımdır”.