Hökumətin xalqın qayğısına qaldığı, hər bir gürcüsünün taleyini
ürəyində saxladığı vaxtı xatırlayırsınızmı?
Bu, mənim prezidentliyim zamanı baş verib, - bu barədə Gürcüstanın
üçüncü prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində
yazır.
Saakaşvili Somali quldurları gürcü dənizçiləri əsir alanda
hakimiyyətin nə etdiyini xatırlayır.
“Somali quldurları dənizçilərimizi əsir alanda biz
yoldaşım, iqtisadiyyat nazirinin birinci müavini Qiorqi
Karbelaşvilinin rəhbərliyi ilə xüsusi qrup yaratdıq. O, Somali
sərhədinə getdi və demək olar ki, hər gün mənimlə telefonla
danışırdı. İcazəmlə Qiorqi beynəlxalq silahlı xüsusi təyinatlıları
yerində topladı və biz dəniz quldurları üçün gözlənilməz basqınla
təkcə öz dənizçilərimizi deyil, bəzi türk dənizçilərini də xilas
etdik.
Daha sonra prezident təyyarəsini Mombasaya göndərdik və mən
Ərdoğanla İstanbul hava limanında iki ölkənin dənizçiləri üçün
birgə qəbul təşkil etdik və bunu bütün dünya mediası yayımladı.
Bizdən qat-qat böyük və güclü dövlətlərin edə bilmədiklərini bu
qədər kiçik Gürcüstan bacardı”, - Saakaşvili sosial
şəbəkədə yazıb.