Ermənistanda Gürcüstanın yeni səfirlik binasının açılışı olub
Gürcüstan və Ermənistanın baş nazirləri Gürcüstanın Ermənistan Respublikasındakı səfirliyinin yeni binasının açılışını ediblər.

Bu barədə məlumatı Gürcüstan hökuməti yayır.

Məlumatda, Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qiorqi Şarvaşidzenin İrakli Kobaxidze və Nikol Paşinyanı qəbul etdiyi deyilir.

“Gürcüstan tərəfi binanı 2024-cü ildə alıb. İlk dəfə ölkənin Ermənistan Respublikasında binasının Gürcüstana məxsus olduğu səfirliyi var. O, digər diplomatik missiyaların nümayəndəliklərinin yerləşdiyi şəhərin mərkəzi hissəsində yerləşir və vətəndaşların qəbulu, ofis, konfrans otaqlarını əhatə edir. Binanın təşkilində dizayn zamanı etnik və mədəni elementlər nəzərə alınıb. Gürcüstanın Ermənistan Respublikasındakı səfirliyinin yeni binası Gürcüstana məxsus olan 15-ci binadır” – məlumatda deyilir.


Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google