Mixeil Saakaşvili - 2003-cü il aprelin 9-da hələ müxalifətdə olarkən 9 aprel abidəsini açmışdım, prezident olandan az sonra parlamentin qarşısında 9 aprel qəhrəmanlarının abidəsini açdıq - qəhrəmanlarımıza əbədi eşq olsun!
Mən hələ müxalifətdə olarkən 9 aprel abidəsini 2003-cü il aprelin 9-da açmışam. Prezidentliyimdən az sonra Parlamentin qarşısında 9 Aprel Qəhrəmanları abidəsini açdıq. Qəhrəmanlarımıza əbədi eşq olsun!, - bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məktubunda yazıb.

“2003-cü il aprelin 9-da hələ müxalifətdə olarkən, Tbilisi Şəhər Şurasının sədri olduğum vaxtlarda 9 aprel abidəsini açmışam. 9 aprel bağında (keçmiş İsgəndər bağı) açılan abidə “Həyat ağacı” adlanır və hər yarpağın üzərində 9 aprel 1989-cu ildə dünyasını dəyişənlərin ad və soyadları həkk olunub. Həmin bağda qəhrəmanların adını daşıyan ağaclar əkdik. Prezidentliyimdən az sonra parlamentin qarşısında 9 aprel qəhrəmanlarının memorialını açdıq.Qəhrəmanlarımıza əbədi eşq olsun!, - Mixeil Saakaşili yazıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google