Prezident: Rus bayrağı ilə gələn heç bir şəxs qalib gələ bilməyəcək

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Rusiya qanununun tətbiqi məğlubiyyətin ən böyük əlamətidir və bu gün Gürcüstan müstəqillik və ya köləlik seçimi qarşısındadır.


Prezident bunu parlamentin qarşısında, aprelin 9-da anım mərasimində deyib.

“Bu günün əhəmiyyəti ondan ibarətdir ki, heç kim Gürcüstanın müstəqilliyini təhdid edə bilməz, heç kim bizə heç nə edə bilməz və aprelin 8-də kimlərinsə yenidən Rusiya qanunlarını tətbiq etməyə cəsarət etməsi onların məğlubiyyətinin ən böyük əlamətidir.
Bu gün də, sabah da, ondan sonrakı gün də Gürcüstana rus işarəsi, rus bayrağı və rus əsarəti ilə girən heç kim qalib gələ bilməz!
Bilmirəm, Qərbin reaksiyası necə olacaq, bəlkə də olacaq, amma burada əsas odur ki, biz nə istədiyimizi bilirik - biz 1989-cu il aprelin 9-da baş verənləri istəyirik və ya 1991-ci il aprelin 9-da baş verənləri istəyirikmi. Gürcüstan üçün seçim ya müstəqillik, ya da köləlikdir. Ya Avropa, ya da Rusiya”,
- prezident bildirib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google