Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Rusiya
qanununun tətbiqi məğlubiyyətin ən böyük əlamətidir və bu gün
Gürcüstan müstəqillik və ya köləlik seçimi qarşısındadır.
Prezident bunu parlamentin qarşısında, aprelin 9-da anım
mərasimində deyib.
“Bu günün əhəmiyyəti ondan ibarətdir ki, heç kim
Gürcüstanın müstəqilliyini təhdid edə bilməz, heç kim bizə heç nə
edə bilməz və aprelin 8-də kimlərinsə yenidən Rusiya qanunlarını
tətbiq etməyə cəsarət etməsi onların məğlubiyyətinin ən böyük
əlamətidir.
Bu gün də, sabah da, ondan sonrakı gün də Gürcüstana rus işarəsi,
rus bayrağı və rus əsarəti ilə girən heç kim qalib gələ bilməz!
Bilmirəm, Qərbin reaksiyası necə olacaq, bəlkə də olacaq, amma
burada əsas odur ki, biz nə istədiyimizi bilirik - biz 1989-cu il
aprelin 9-da baş verənləri istəyirik və ya 1991-ci il aprelin 9-da
baş verənləri istəyirikmi. Gürcüstan üçün seçim ya müstəqillik, ya
da köləlikdir. Ya Avropa, ya da Rusiya”, - prezident
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.