İrakli Kobaxidze müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin Cümə məscidində müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.



Baş nazir məscidə toplaşan icma qarşısında çıxış edərək qeyd edib ki, müsəlman icması Gürcüstan cəmiyyətinin tərkib hissəsidir və əsrlər boyu davam edən dostluq ənənəsi xüsusilə qiymətlidir.

“Bu gün sizinlə, müsəlman qardaşlarımızla birlikdə olmaqdan şadam. Hamınızın xüsusi bir şəkildə qeyd etdiyiniz, inancınızın ən böyük bayramı olan Ramazan orucunun başa çatması münasibətilə bu gün sizi ürəkdən təbrik edirəm. Sizinlə birlikdə Gürcüstanda yaşayan hər bir müsəlmanı, müsəlman icmamızın hər bir nümayəndəsini təbrik etmək istəyirəm.

Biz çoxəsrlik tarixi əlaqələr, Gürcüstanda yaşayan gürcü xristianları ilə müsəlmanlar arasında qurulan qardaşlıq münasibəti ilə fəxr edirik. Sizin bənzərsiz mədəniyyətiniz ölkəmizin mədəniyyətinin tərkib hissəsidir.

Biz əsrlər boyu birgə çalışmışıq, ümumi vətənimizin rifahı, onun tərəqqisi və inkişafı üçün birgə mübarizə aparmışıq. Bu, bizim böyük qayğı göstərdiyimiz və gələcəkdə də qayğı göstərəcəyimiz münasibətdir, qardaşlıqdır. Bu gün sizi bir daha təbrik etmək istəyirəm. Bu gün sizinlə olmaqdan çox xoşbəxtəm. Hər birinizə və ailənizə firavanlıq, xoşbəxtlik arzulayıram. Sizi təbrik edir və çox sağ olun deyirəm”,
- deyə baş nazir bildirib.

Bir aylıq ağır orucdan sonra Gürcüstan müsəlmanları bu gün Ramazan bayramını qeyd edirlər.

Tbilisi məscidinə toplaşan ictimaiyyət qarşısında Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Gürcüstanın şeyxi Faiq Nəbiyev və Qərbi Gürcüstanın müftisi Adam Şantadze çıxış ediblər.

Müsəlman Şöbəsinin ruhani rəhbərləri baş nazirə onu bayram münasibətilə təbrik etdiyinə görə təşəkkür edib və Müsəlman Şöbəsi adından xatirə hədiyyəsi təqdim ediblər.

Ramazan bayramı münasibətilə təşkil edilmiş mərasimdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev, Ali Kaan Orbay, diplomatlar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tiflis Cümə məscidində diplomatik korpusun nümayəndələri də olub.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

 


 

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google