“Gürcüstan parlamentinə təqdim edilən xarici
agentlər haqqında qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun
gəlmir”.
Bu barədə “Reuters” agentliyinə Avropa İttifaqının Gürcüstandakı
səfiri Pavel Qreçinski bildirib.
O vurğulayıb ki, qanunun qəbulu Gürcüstanın Aİ-yə üzvlüklə bağlı
müraciətinə baxılmasını gecikdirə bilər.
“Fikrimizcə, QHT-lərin şəffaflığı ilə bağlı
narahatlıqlar vətəndaş cəmiyyəti təşkilatları üçün məkanın, söz və
media azadlığının məhdudlaşdırılması üçün bəhanə kimi istifadə
edilməməlidir”.
Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin
şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə
edilməsi barədə qərar qəbul edib.
Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, xarici
donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi
maliyyələşməsini artırıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.