Levan Xabeişvili, Vahid Milli Hərəkat Partiyasının sədri vəzifəsini
tərk edir.
O, bu haqda məlumatı bu gün, 8 iyun tarixində keçirilən brifinqdə
bildirib. Xabeişvilinin sözlərinə görə, səhhətindən irəli gələrək
həkimlər ona, 2-3 ay ərzində fəal işləməməyi tövsiyə ediblər.
"Seçkilərə dörd ay qaldığı halda, mən özümə 2-3 ay vaxt verə
bilməzdim ki, seçkilərə 4 ay qalmış partiya
sədri 24 saatlıq iş
rejimində olmasın”, - Xabeişvili bildirib.
Özünün dediyi kimi, yaxın günlərdə Milli Partiya Konqresini
çağıracaq, Tina Bokuçavanı partiyanın sədri kimi təqdim edəcək və
özü də siyasi şuranın sədri vəzifəsini tutacaq. Hər iki dəyişiklik
partiyanın qurultayında təsdiqlənməlidir. Xabeişvilinin sözlərinə
görə, siyasi şuraya sədrlik gündəlik iştirak tələb etmir, ancaq, o,
bu mövqedən partiya qərarlarında iştirak edəcək.
Xatırladaq ki, "Rus qanunu"na etiraz aksiyasında Levan Xabeişviliyə
polislər fiziki təzyiq göstərdilər
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415