Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına
görə, üç nəfər kommersiya rüşvətxorluğu və saxta sənədlərin
hazırlanması faktlında ittiham olunub.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslərdən
biri Mtsxeta-Mtianeti bölgəsində yerləşən texniki baxış mərkəzində
işləmiş, qanunsuz maddi artıqlıq əldə etmək məqsədi ilə
avtonəqliyyat vasitələrinə sınaqların keçirilməsi prosesində rəsmi
olaraq müəyyən edilmiş vergidən əlavə , vətəndaşdan 250 lari tələb
edərək götürüb, bunun müqabilində nasaz avtomobilə texniki cəhətdən
saxta texniki baxış aktı tərtib edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 2 ildən 4
ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 221 və 362-ci
maddələri ilə aparılır”, - İstintaq Xidməti
yazır.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.