Rustavi 2-nin məlumatına görə, "Vətəndaşlar Partiyası"nın lideri
Aleko Elisaşvili saxlanılıb.
Televiziyanın yaydığı məlumata əsasən, Elisaşvili "Gürcüstan
Azərbaycanlılarının Milli Konqresi"nin sədri Əli Babayevə hücum
etdiyinə görə saxlanılıb.
Daxili İşlər Nazirliyinə əsaslanaraq, televizya yazır ki,
Aleko
Elisaşvili Cinayət Məcəlləsinin 156-cı maddəsinin ikinci bəndi ilə
saxlanılıb ki, bu da zorakılıq və ya zorakılıqla təhdid etməklə
törədilən təqibə aid olur.