Marneuli 2 saylı ictimai məktəbinin 200 nəfər şagird qəbul etmək imkanı var

Məkətəblərdə birinci sinfə qeydiyyat bugündən başladı.

Marneuli rayonunun Tsereteli kəndinin ictimai məktəbinin direktoru Marina Maçaraşvili bizimlə söhbətində bildirir ki, 2018-2019-cu tədris ilininin başlanmasını onlar xüsusilə gözləyirlər. Belə ki, yeni dərs ilini onlar yeni mühitdə qarşılayacaqlar. Maçaraşvili deyir ki, birinci sinfə qəbul ediləcək şagirdlərin sayı 100-ə qədər artırılıb.

"2018-2019-cu illər üçün birinci siniflərin qeydiyyatına başlanıldı. Sereteli kənd ictimai məktəbi yeni tədris ilinə xüsusən hazırlaşır. Çünki məktəb yüzilliklərin çağırış fondunun layihəsinə qoşulmuşdu. Tam yeni təmirdən çıxmış binaya daxil olacağıq. Laboratoriya, digər köməkçi otaqlar, hər bir təchizat olacaq. Ona görə də inidyə kimi 600 nəfər birinci sinif şagirdi qəbul etməyə limit var idi. Gələn ildən isə 100 nəfər artacaq. Yeni ümidlərlər şagirdləri gözləyirik" -deyə Marina Maçaraşvili bildirdi.

Biz Marneulinin bir neçə məktəbi ilə əlaqə saxladıq. Misal üçün, 2 saylı məktəbin direktoru Şorena Xuxua 200 nəfər şagird qəbul etmək imkanları var. Bunlardan 100 nəfər gürcüdilli bölmə, 100 nəfər isə rusdilli bölməyə qəbul ediləcək. Bu vaxta qədər isə ilk mərhələdə artıq 48 ərizə qəbul olunub. Saimerlo ictimai məktəbinin direktoru Nino Mtvarelidze deyir ki, bu il 50 şagird qəbul etmək imkanları var.

Birinci siniflərə qeydiyyat üç mərhələdə həyata keçirilir. Birinci mərhələdə qeydiyyat məktəbdə həyata keçirilir. Məktəbdə qardaş-bacısı eyni məktəbdə oxuyan uşaqlar və ya valideyni məktəbdə çalışanlar qeydiyyatdan keçirlər. Həmçinin, əgər ailədən iki və daha artıq uşaq birinci sinfə daxil olursa, onlar da məktəbdə qeydiyyatdan keçirlər.

İkinci mərhələ elektronqeydiyyatı nəzərdə tutur və məktəb yaşına çatmış hər bir uşaq qeydiyyatdan keçə bilər. Qeydiyyat Təhsilin İdarəsi Məlumat Sisteminin rəsmi veb səhifəsində həyata keçirilir.

Üçüncü mərhələdə qeydiyyat məktəbdə həyata keçirilir. II mərhələ başa çatdıqdan sonra boş qalmış yerlərə şagirdin qeydiyyatı üçün lazım olan sənədlər əsasında qeydiyyat aparılır.

Edu.aris.ge səhifəsində şagirdlərin ümumtəhsil məktəblərinin 1-ci sinfinə qeydiyyatı üçün lazımi sənədlərin siyahısı qeyd olunub:

• Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi barədə məlimat qeyd olunmalıdır.
• Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyəti təsdiq edən sənədin surəti.
• Dövlət Xidmətləri İnkişafı Agentliyinin və ya onun ərazi orqanları tərəfindən şagirdə verilmiş və ona şəxsiyyət nömrəsinin verilməsini təsdiqləyən sənəd.
• Məktəbin əlavə olaraq şagirdin fotoşəkli və ya başqa sənədin təqdim olunmasını tələb etmə hüququ var.

2018-2019-cu tədris ili 17 sentyabr tarixində başlayacaq.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google