Təhsil nazirinin müavini – hökumət ictimai məktəblərdə təhlükəsizliyə dair yüksək normaların olması üçün məqsədyönlü şəkildə çalışır
Gürcüstan hökuməti, Təhsil nazirliyi məqsədyönlü şəkildə çalışır ki, ictimai məktəblərdə təhlükəsizliyə dair yüksək normalar olsun, - bu haqda jurnalistlərə Təhsil nazirinin müavini Temur Murğuliya bildirib.
Murğuliya Parlamentin İnsan Hüquqları Müdafiəsi Komitəsinin “Ümum təhsil haqqında qanununda” planlaşdırılmış dəyişiklikləri təqdim edib. Məqsəd isə mandatur xidmətinin reformasıdır.

“Qanunda planlaşdırılmış dəyişikliklər uşaqların hüquqlarının daha yaxşı qorunmasını və həmçinin, kontrolun təkmilləşdirilməsini təmin edir. Şagirdlərini üzərini yoxlama hüququ məhdudlaşdırılır və mandatura səthi nəzərdən keçirmə hüququ veriləcək. Mandaturların özünün şalışması da qaydaya salınacaq – onlar xüsusi təlimlər keçəcəklər və daha dəqiq və adekvat şəkildə uşaqların problemini həll etmək imkanları olacaq. Eləcə də məktəblər mandaturların kontrol edəcəyi video çəkiliş sistemi ilə təchiz olunacaq. Bu onlara imkan yaradacaq ki, məktəbdə gedən proseslərdən məlumat alsınlar”, - bildirib layihə haqqında söhbəti zamanı Temur Murğuliya.

“Ümum təhsil haqqında qanun”da dəyişiklikləri Təhsil və Elm Nazirliyi Daxili İşlər Nazirliyi ilə birgə hazırlayıb.

Print Email
FaceBook Twitter Google