Mixeil Çxenkeli: Məktəblərdə idman layihələri daha da rəngarəng olacaq
Gürcüstanın Təshil və Elm naziri Mixeil Çxenkelinin bəyənatına görə, baş nazirin idman aktivliklərinə qoşulan adamların sayının artırılması və sağlam həyat tərzinin əsasının qoyulmasının vacibatı haqqında təşəbbüsü istiqamətində layihələr daha da gücləndiriləcək. Bu nazirliyin prioritetlərindən biridir.
Nazirin sözlərinə görə, bizim övladlarımızın tam və harmoniya içində böyüməsi, nəzəri biliklə və intellektual bacarıqların inkişafı ilə yanaşı onların fiziki inkişafını və sağlam həyat tərzini də nəzərdə tutur. Ona görə də hökumət başısının sağlam həyat tərzinin məşhurlaşdırılmasının ölkə protlərindən biri olmasına çağırış əhəmiyyətlidir.

İdman tədbirlərinin maliyyələşdirilməsi iki qat artıb. Məktəb diman olimpiadası, Gürcüstan Təhsil və Elm nazirliyi, milli səviyyədə tədbirlər keçirəcək və bütün Gürcüstanı əhatə edəcək. Kütləvi fiziki və idman aktivliklərinə 1700-dən çox şagird qoşulacaq. Məktəb şagirdlərinin iştirakı ilə 8000-dən çox yarış baş tutacaq. Yerli olimpiadalarda qalib gələn şagirdlər beynəlxalq məktəblərin idman yarışlarına iştirak edəcəklər.

Məktəblərarası, bələdiyyə, regional, zona və yekun yarışların təşkili 9 növ üzrə həyata keçiriləcək və fiziki aktivliklər üzrə olacaq, konkret olaraq: Şən startlar, idman-maarifləndirici oyunlar, mini futbol (futzal), basketbol (3x3), voleybol, həndbol, badminton, masa tennisi və atletika.

Gürcüstanın Təhsil və Elm Nazirliyi və İdman nazirliyinin təşkilatçılığı ilə idman və əyləncəli aktivliklər daha da çox olacaq. Məktəblərdə ekskursiya layihələrinin sayı artacaq. Layihələr uğurla həyata keçirilir və şagirdlərlə yanaşı onların valideynləri üçün də davam edəcək.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google