Marneulidə 31 xüsusi müəllim artıq müəllim statusundan faydalanırlar
Gürcüstan Parlamenti Gürcüstan “Ümumtəhsil Haqqında” qanununa inkluziv təhsil istiqamətində dəyişiklik edib və xüsusi müəllimlər artıq müəllim statusu alıblar .

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri kənan Ömərovun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Marneuli miqyasında 29 məktəbdə 31 xüsusi müəllim var, bəzi məktəblərdə isə uşaqların çox olduğuna görə, iki müəllim var ki, onlar bu gündən müəllim statusundan faydalanacaqlar.

Təhsil Nazirliyinin məlumatına görə, qanuna edilmiş dəyişikliklərə əsasən xüsusi müəllimlərin iş yükü və əməkhaqqı müəllimlərlə bərabərləşdirilib.




"Marneuli" Radiosu



Print Email
FaceBook Twitter Google