1 saylı ictimai məktəbin tikintisi üçün bir ildir ki, elan olunan tender dördüncü cəhddə baş tutdu
Marneuli 1 saylı ictimai məktəbinin tikintisi üçün artıq bir ildir ki, tender elan edilir.
Lakin tenderdə iştirak edən şirkətlər hər dəfə diskvalifikasiya olunurdular. Tenderin dördüncü dəfə elan olunmasından sonra qalib aşkarlanıb və 1 saylı ictimai məktəbin direktoru Ketevan Merabişvilinin sözlərinə görə, tezliklə müqavilə bağlanacaq.

Merabişvilinin sözlərinə görə, artıq üç ildir ki, onlar Marneuli 8 saylı ictimai məktəbinin binasına yerləşiblər. Lakin başqa məktəbdə olmaq onlar üçün çətindir, xüsusilə dərs prosesi günün ikinci yarısında, saat 3-də başlayarsa. Marneuli 1 saylı ictimai məktəbi üçün yeni bina tikilənədək onlar növbəti 9 ayı da 8 saylı ictimai məktəbin binasında keçirməli olacaqlar.


“Marneuli” radiosu
Print Email
FaceBook Twitter Google