Batiaşvili: Pedaqoqların orta əməkhaqqı 2022-ci ildə 1500 lariyə çatacaq

Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvilinin dediyinə görə, məktəb müəllimlərinin orta əməkhaqqı 2022-ci ildə 1500 lariyə, ali məktəb pedaqoqlarının maaşı isə 2000 lariyə çatacaq.


Onun dediyinə görə, 2019-2021-ci illərdə direktor və administrasiya personalının maaşı da artırılacaq.

Bunadək isə baş nazir Mamuka Baxtadze bildirmişdi ki, məktəblərdə çalışan 10 000-dək pedaqoq 2018-19-cu illərdə artırılmış əməkhaqqı ala biləcəklər, 2022-ci ildə isə onların maaşı üçqat artacaq.

Bu bəyanatlar İğalto monastır kompleksi qarşısında təhsil islahatları baxışlarının təqdimatı zamanı verilib.

 

Mənbə: Netgazeti

 

Print