Bu gün 17 sentyabr tarixində Gürcüstan məktəblərində tədris prosesi
başladı.
Marneuli bələdiyyəsinin Saimerlo kənd ictimai məktəbinin qapılarını
bu il 44 birinci sinif şagirdi ilk dəfə açdı. Hər bir uşağın
gözlərində həyəcan aydın şəkildə görünürdü.
Məktəbin direktoru Nino Mtvarelidze bu gün ötən tədris ilini
yekunlaşdırdı və yüksək akademik davamiyyət göstəricilərinə malik
şagirdləri diplomla təltif etdi. Mtvarelidze bizimlə söhbətində
bildirdi ki, yeni dərs ilinə həvəslə başlayırlar.
“Saimerlo ictimai məktəbinin şagirdlərini, bir daha yeni,
2018-2019-cu dərs ilinin başlanması münasibətilə təbrik edirəm.
Bütün Gürcüstanı da təbrik edirəm. Hamıya uğurlu, məhsuldar il
arzulayıram. Xüsusilə, bu il məktəbimizin qapısını ilk dəfə açan
birinci sinif şagirdlərini təbrik edirəm və məktəbimizdə 12-ci
sinfi də beləcə gözlərində işıltı ilə başa vurmalarını
arzulayıram” - deyə bildirdi Nino Mtvarelidze.
Saimerlo kənd ictimai məktəbində birinci sinif şagirdlərinə Təhsil
Nazirliyi tərəfindən noutbuklar hədiyyə edildi. 6-cı sinfədək olan
şagirdlərə isə dərs vəsaitləri verildi. Saimerlo məktəbində
hal-hazırda siyahı üzrə 335 nəfər şagird qeydiyyatdadır.