Üçüncü ildir ki, Marneuli 1 saylı ictimai məktəbi yeni dərs ilini başqa məktəbdə qarşılayır
Artıq üçüncü ildir ki, Marneuli 1 saylı ictimai məktəbi yeni dərs ilini başqa məktəbdə qarşılayır. Məktəbin direktoru Ketevan Merabişvilinin dediyinə görə, hər il başqa məktəbə sığınmaq çox çətindir, lakin indi yeni məktəbin olacağına ümidi çoxalıb.

Onun dediyinə görə, məktəbin tikintisinə başlanılıb və fevral ayında tikinti tamamlanmalıdır. Lakin inventarların quraşdırılmasının nə vaxt baş tutacağını hələ məlum deyil. Bu il 1 saylı ictimai məktəbin birinci sinfinə 6 nəfər daxil olub. Merabişvilinin dediyinə görə, məktəbdə bir çox yeniliklər var.

“Yeniliklərimiz var, bu il yeni milli tədris planımız var. Ümid edirəm ki, məktəbin bütün pedaqoqları və şagirdləri çalışacağıq və nailiyyətlər qazanacağıq”,
- Keti Merabişvili deyir.

1 saylı ictimai məktəb illərdir ki, Marneuli 8 saylı ictimai məktəbin binasına sığınıb. 1 saylı ictimai məktəbin tikintisi üçün elan olunan tender 5 dəfə ləğv olunduqdan sonra nəhayət bir şirkət qalib gəlib və tikintilərə başlanılıb. 1 saylı ictimai məktəbin 2019-2020-ci dərs ilini yeni binada qarşılayacağı güman olunur.
Print Email
FaceBook Twitter Google